Bura Daxil Ol Neftçala Rayonu ilə Virtual Tanışlıq




















making a gif


















Neftçala rayonu Tariximiz Və Tarixi abidelerimiz.pdf - 98.8 MB
Image

Kitabxanamızın tarixi

Neftçala rayon ərazisində kütləvi kitabxanalar hələ ötən əsrin ortalarından fəaliyyətə başlamışdır. 1973-cü ildə Neftçala müstəqil rayon kimi yaranandan sonra və o vaxtkı rəhbəriyin 1975-ci ildə kütləvi kitabxanaların mərkəzləşməsi haqqında sərəncamın dan sonra rayonumuzun bir sıra kəndlərində fəaliyyət göstərən kitabxanalar Xıllı qəsəbə kitabxanası ətrafında mərkəzləşdi. Beləliklə 1977-ci ildə rayon Xıllı qəsəbə kitabxanası mərkəz funksiyasını daşımağa başladı. Hələ o dövrdə də Respublikamızda mədəni inkişafa böyük önəm verilir, savadsızlığın təmamilə aradan qaldırılması yolunda böyük işlər görülürdü. Bu baxımdan da kitabxanaların genişləndirilməsinə həmin dövrdə xüsusi diqqət göstərilirdi. 1985-ci ildə Neftçala rayon Mərkəzi Kitabxanası 3 mərtəbəli yeni binaya köçdü və bundan sonra MKS-in fəaliyyəti 1 mərkəzi kitabxana və 85 filial kitabxananı əhatə etməklə daha da genişləndi. Hal-hazırda Neftçala rayon MKS-i rayonun kənd və qəsəbələrində olan filial kitabxanalara inzibati və metodiki rəhbərlik edir və kitabxananın müxtəlif ədəbiyyatlarla zəngin olan fondu ilə oxuculara xidmət göstərir.


Neftçala rayon Mərkəzləşdirilmiş Kitabxana sistemi


Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 23 dekabr 2010-cu il tarixli 3471/03 nömrəli məktubuna əsasən "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın Təbirlər planının 2.1.5 bəndinin icrasını təmin etmək məqsədilə 2011-ci ilin mart ayında MKS-nin 10 filial kitabxanası 9 digər kitabxanalarla birləşdirilmiş,4 filial kitabxana isə fəaliyyətini tamamilə dayandırmışdır. Birləşdirilmiş filial kitabxanaların ştat vahidi əsasında Mərkəzi Kitabxanada "Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması" və "İnformasiya-Resurs" şöbələri yaradılmışdır.
Hazırda MKS Mərkəzi Kitabxana və 52 filial kitabxana ilə oxuculara xidmət göstərir.Bu kitabxanalardan 49-u kənd və qəsəbə, 3-ü isə Uşaq kitabxanalarıdır. 2011-ci ilin yekun hesabatına görə MKS 39193 oxucuya xidmət göstərmişdir. Ötən il kitabxanamıza 373 adda,3765 nüsxə kitab və 25 nüsxə jurnal, 1 ədəd disk olmaqla 3791 nüsxə çap əsəri daxil olmuşdur. Bunlardan 112 adda, 170 nüsxə kitab M.F.Axundov adına Milli kitabxanadan, 208 adda, 603 nüsxə kitab Kitabxana Kollektorundan, 35 adda, 2940 nüsxə ədəbiyyat Azərbaycan Milli Elmlər Akademiyasından, 18 adda, 78 nüsxə ədəbiyyat isə digər təşkilatlardan daxil olmuşdur. Hazırda MKS-in kitab fondu 299759 nüsxədir. MKS-də 220 nəfər işçi çalışır, onlardan 163 nəfəri qulluqçu,57 nəfəri isə texniki işçidir.



Mərkəzi Kitabxana

1985-ci ildən fəaliyyət göstərən Neftçala rayon Mərkəzi Kitabxanası 3 mərtəbəli gözəl bir binada yerləşir.
Oxuculara əhatəli xidmət göstərən Mərkəzi Kitabxananın 72714 nüsxə kitab fondu vardır ki, bu fondun 1801 nüsxəsi 2011-cu ildə daxil olmuşdur. Mərkəzi Kitabxana 2011-cu ildə 6152 nəfər oxucuya xidmət etmişdir. Mərkəzi kitabxanada 49 nəfər işçi vardır ki, bunlardan 41 nəfəri kitabxanaçı, 8 nəfəri isə texniki işçilərdir.






Mərkəzi kitabxanada 6 şöbə fəaliyyət göstərir

Xidmət şöbəsi

Uşaq şöbəsi

Metodika-Biblioqrafiya şöbəsi

Komplektləşdirmə və kitabişləmə şöbəsi

İnformasiya-Resurs şöbəsi

Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi

MKS-nin filialları


Hörmətli oxucular!

Neftçala rayon MKS-nin saytı 2009-cu ilin sentyabr ayından etibarən fəaliyyət göstərir. Saytda çox zəngin məlumatlar yerləşdirilmişdir,o cümlədən fondun elektron kataloq və elektron kitabxana bölmələri yaradılmışdır. Hər iki bölmə oxuculara virtual xidməti yerinə yetirir. Əziz oxucular, kitabxanamızın zəngin fondu sizin istifadənizdədir!!!